Bu səhifəni yazdır
Çərşənbə axşamı, 13 Fevral 2018 10:29

Ş.Koreya lideri C.Koreya ilə müzakirələrin davamına təkid edib

Ş.Koreya lideri C.Koreya ilə müzakirələrin davamına təkid edib

Şimali Koreyanın lideri Cənubi Koreyaya göndərdiyi diplomatik heyətin görüşündən sonra iki ölkə əlaqələrinin yaxşılaşması üçün Seul ilə müzakirələrin davamına təkid edib.

Şimali Koreyanın lideri Kim Çen In bu gün səhər Cənubi Koreyaya göndərdiyi diplomatik heyətin görüşünün ardınca bu heyətin Cənubi Koreyada keçirilən qış olimpiya oyunlarından geri dönməsindən sonra deyib ki, Koreyadaxili müzakirələr və barışıq üzrə səmimi atmosferin gücləndirilməsi önəmə malikdir.

Kim Çen In həmçinin Şimali Koreya heyətinin qış olimpiya oyunlarının kənarında Cənubi Koreya rəsmilərilə görüşündən razılıq edib və bildiribdir ki, Seulun bu heyətlə görüşə üstünlük verməsi diqqətəlayiqdir.

Son zamanlar Şimali Koreya idmançılarının Cənubi Koreyada keçirilən qış olimpiya oyunlarında iştirak etmələri səbəbindən iki Koreyadan olan yüksək səviyyəli heyətlər bir-birilərilə müzakirələr aparıblar və Şimali Koreya ümidvarlıq edibdir ki, iki Koreyanın birliyi bərqərar olacaq.

Cənubi Koreya rəsmiləri də Şimali Koreya heyəti ilə bu ölkənin atom məsələsi barədə danışıqlar üçün yaranmış fürsəti misilsiz adlandırıblar.

Şərh yaz


Məxfi kod
Yenilə