Bazar ertəsi, 12 Fevral 2018 14:25

Los Ancelesdə təyyarə qəzaya uğradı, 4 nəfər həlak oldu

Los Ancelesdə təyyarə qəzaya uğradı, 4 nəfər həlak oldu

ABŞ-ın Kaliforniya ştatında tək motorlu bir təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həyatını itirib. Hadisə Los Anceles şəhərində baş verib.

İRNA-nın məlumatına görə, Los Anceles şəhəri yanğınsöndürmə idarəsi bu təyyarənin bazar günü Los Anceles şəhərinin 40 kilometrliyində, dağlıq bir ərazidə süqut etdiyini bildirib.

Təyyarənin süqut etməsinin səbəbləri hələ ki, məlum deyil. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Şərh yaz


Məxfi kod
Yenilə