Şənbə, 10 Fevral 2018 18:28

Ağ Evdə istefa seriyası davam edir

Ağ Evdə istefa seriyası davam edir

Donald Tramp hökumətində rəsmilərin istefası seriyasının davamında bu ölkənin Ədliyyə Nazirliyinin üç nömrəli rəsmisi də istefa verib.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, ABŞ Ədliyyə Nazirliyinin üç nömrəli rəsmisi Raşl Brend bu vəzifəyə təyin olunduqdan sonra istefa verib. Belə ki, ABŞ prezident seçkilərində Rusiyanın müdaxiləsi iddiası haqda araşdırmalar məsələsinə görə, ABŞ-ın ədliyyə sisteminə təzyiqlər artmışdır. 

ABŞ demokratları Trampa xəbərdarlıq ediblər ki, prezident seçkilərində Rusiyanın müdaxiləsi haqda araşdırma aparan ölkənin yüksək səviyyəli rəsmilərini işlərindən kənarlaşdırmaqdan çəkinsin. 

ABŞ mediaları bundan öncə Donald Trampın Rusiyanın ABŞ-ın daxili məsələlərində müdaxiləsi haqda xüsusi işin müstəntiqi Robert Mülleri vəzifəsindən kənarlaşdırmaq istədiyini, lakin müşavirlərinin onu bu qərarından vaz keçməyə razı sala bildiklərini bildirmişdilər. 

Vaşinqton Post qəzeti də son vaxtlar bir məqalədə bildirib: Müller milli təhlükəsizlik məsələləri üzrə sabiq müşavir Maykl Flinn və FTB-nin sabiq rəisi Ceyms Kominin kənarlaşdırılması haqda Trampla sorğu-sual iclası təşkil etməyə çalışır. 

Moskva ABŞ prezident seçkilərində hər hansı müdaxiləni dəfələrlə rədd edib. 

Şərh yaz


Məxfi kod
Yenilə