Şənbə, 10 Fevral 2018 16:16

Çin Maldivin satın alınmasına cəhd haqda ittihamları rədd edib

Çin Maldivin satın alınmasına cəhd haqda ittihamları rədd edib

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Maldivin tam şəkildə satın alınması və bu ölkə hakimiyyətinin ləğv olunmasına dair sabiq prezidentin irəli sürdüyü ittihamları rədd edib.

Russia Todayın məlumatına görə, Geng Şuang şənbə günü Çinin Maldivin hakimiyyətinin ləğv edilməsi haqda sabiq prezident Mohamed Naşidin iddiasını əsassız adlandırıb və bildirib: Çinin Maldivə iqtisadi yardımı heç bir siyasi ambissiya olmadan və sadəcə iki ölkənin əməkdaşlıqlarının yüksəldilməsi istiqamətində həyata keçir. 

Mohamed Naşid bir neçə gün öncə bildirmişdi ki, Maldivin hazırkı prezidenti Abdulla Yəmin normal proseduralar və şəffaflığın zəruriliyinə diqqət yetirmədən qapıları çinli investorların üzünə açıb. 

Bu arada Maldivdə siyasi partiyalar hazırkı prezident Abdulla Yəmini korrupsiya, dövlət büdcəsi və əmlakından özü, ailəsi və siyasi əməkdaşlarının xeyrinə istifadə etməkdə suçlayıblar. 

Şərh yaz


Məxfi kod
Yenilə