Bazar, 21 Yanvar 2018 10:44

Silahlı şəxslər Kabildə "İnter Kontinental" otelinə hücum ediblər

 Silahlı şəxslər Kabildə "İnter Kontinental" otelinə hücum ediblər

Əfqanıstan mediaları silahlı şəxslərin paytaxt Kabildə "İnter Kontinental" otelinə hücum etməsindən xəbər veriblər.

Əfqanıstan medialarının yaydıqları məlumata görə, 4 silahlı şəxs şənbə günü gecə Kabildə "İnter Kontinental" otelinə daxil olaraq, ətrafa atəş açmağa başlayıblar. 

Bəzi yerli medialar bu hücumda 10 nəfərin öldüyü, 28 nəfərin də  yaralandığını bildiriblər. 

Yerli qaynaqlar "İnter Kontinental" otelinə hücum edən şəxslərin zərərsizləşdirilməsinin mümkün olmadığını və terrorçuların hələ də oteldə olduğunu bildiriblər. 

Əfqanıstanın Xarici İşlər Nazirliyinin sözçüsü Nəcib Daneş Fransa xəbər agentliyinə verdiyi müsahibədə hücum aktını təsdiq etsə də, əlavə məlumat verməyib.

Hazırda Əfqanıstanın xüsusi təyinatlı qüvvələri oteli mühasirəyə alıblar. 

Kabilin "İnter Kontinental" oteli şənbə günü səhər Çinin Əfqanıstana investisiya yatırması üzrə konfransa ev sahibliyi edib. 

Hələ ki, bu silahlı hücumla bağlı heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib. 

Əfqanıstanın müxtəlif məntəqələri ötən aylarda terror hücumlarının xeyli artmasının şahidi olub. 

Əfqanıstanda gərginliyin artması xalq etirazlarına səbəb olub. 

Şərh yaz


Məxfi kod
Yenilə