Şənbə, 13 Yanvar 2018 19:35

Hindistan orbitə peyk çıxarıb

Hindistan orbitə peyk çıxarıb

Hindistanın kosmonevtika təşkilatı Satiş Dehavan Aerodromundan bir raketi orbitə buraxıb, həmin raket 31 peyk daşıyır.

Bu artıq 42-ci dəfədir ki, Hindistan kosmonevtika təşkilatı PSLV-C40 tipli raketdən istifadə edir. 

Raketin daşıdığı peyklər isə hava durumunu müşahidə edən bir ədəd Kartust-2, 25 ədəd Nano peyk adlanan son dərəcə kiçik peyklər və kiçik ölçülərdə olan 3 ədəd mikro peyklərdən ibarətdir. Bu peyklər müxtəlif ölkələrə aiddir. Kartust bu kosmik bazadan atılan 100-cü peyk hesab olunur. 

Hindistan prezidentinin müavini Venkayah Naydo yazdığı Tvittdə bu raketin uğurlu atılmasına görə Hindistanın Kosmonevtika təşkilatının işçilərini təbrik edib. 

Şərh yaz


Məxfi kod
Yenilə