Şənbə, 13 Yanvar 2018 15:32

Amerikada bir xəstəxanada xəstə qadın qovulub

Amerikada bir xəstəxanada xəstə qadın qovulub

ABŞ-ın Meriland ştatında Baltimor şəhərində bir xəstəxananın rəhbərləri bir qadın xəstəni gecə yarısı sıfır dərəcə temperatorda küçəyə buraxıblar.

Yoldan keçən birisi xəstə qadını gördükdə onun videosunu çəkərək ona yardım etməyə çalışıb. 

O videoda deyir: "Yerli xəstəxanalardan birinin yaxınlığından keçirdim , küçədə yarı çılpaq bir qadın gördüm ki, xəstəxanadan qovulmuşdu.  temperator sıfıra yaxın idi... bu heç də düz hərəkət deyil", 

O sonra Xəstəxananın gözətçilərindən polis çağırmalarını istəyir. Həm də xəstəxana rəhbərliyi ilə danışmaq istədiyini bildirir. Bu görüş baş tutur və o xəstəxana rəhbərindən qadını bu vəziyyətlə küçəyə buraxmalarının səbəbini soruşur. Xəstəxana rəhbəri isə deyir: Tibbi baxımdan o xəstəxanadan buraxılmış hesab olunur. 

Şərh yaz


Məxfi kod
Yenilə