Şənbə, 13 Yanvar 2018 14:41

Rusiya PUA-ların hücumu barədə araşdırmaların nəticələrini yayıb

Rusiya PUA-ların hücumu barədə araşdırmaların nəticələrini yayıb

Rusiya Pilotsuz Uçan Aparatların bu ölkənin Suriyadakı bazalarına qarşı hücumları barədə aparılan təhqiqatların nəticələrini yayıb.

Röytersin verdiyi məlumata görə, Rusiya Silahlı Qüvvələri Baş Qərargahında sənaye bölməsinin rəhbəri Aleksandr Nvikov deyib: Suriyadakı Həmimim hərbi bazasına hücum edən PUA-lar əldə hazırlanmışlar. 

O deyib: Bu PUA-lardan hər biri 10 hissə partlayıcı maddə daşıyıbmış və hər hissənin ağırlığı 400 g. olub Bu maddələrin tərkibində dəmir qəlpələr olub və həmin qəlpələr partlayışdan sonra 50 metrlik məsafəyə yayıla bilirmiş. Rus rəsmisi deyib: İlkin araşdırmalara görə bu bombalarda istifadə olunan partlayıcı maddə bəzi ölkələr o sıradan Ukraynada istehsal olunan TNT-dən ibarət olub. 

Şərh yaz


Məxfi kod
Yenilə