Şənbə, 13 Yanvar 2018 13:30

Ford cinsi zorakılıq hallarına görə üzr istədi

Ford cinsi zorakılıq hallarına görə üzr istədi

Ford avtomobil qayırma şirkətində on illər boyu cinsi zorakılıq halları barədə ifşaçılıqlardan sonra bu şirkətin rəhbəri Çikaqoda yerləşən zavodlarının işçilərindən üzr istəyib.

Nyu-York Tayms qəzeti Ford şirkətində 90-cı illərdə qadın fəhlələrə qarşı cinsi zorakılıq halları barədə geniş material dərc edib. 

Bu şirkətin hazırkı və keçmiş işçilərindən 70 nəfəri iddia edib ki, onlara qarşı cinsi su-istifadələr barədə məlumat verməməkləri üçün qorxudulublar. 

İfşa edici məlumatlardan birində, bir qadın fəhlə deyib ki, o kişi müdirlərdən biri ilə cinsi əlaqəyə girmək üçün təzyiqə məruz qalıb və işdəki durumunun yaxşılaşması üçün bu tələb qarşısında təslim olmaq məcburiyyətində qalıb. 

Şərh yaz


Məxfi kod
Yenilə