Cümə axşamı, 14 Dekabr 2017 16:43

Rusiya: ABŞ-ın Suriyadakı hərbi iştirakı qeyri-qanunidir

Rusiya: ABŞ-ın Suriyadakı hərbi iştirakı qeyri-qanunidir

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib: Amerikalı hərbçilərin Suriyadakı iştirakı qeyri-qanunidir və bu hərbçilər Suriyanı tərk etməlidirlər.

Küveytin rəsmi informasiya agentliyinin Moskvadan verdiyi məlumata görə, Mariya Zaxarova çərşənbə günü mətbuat brifinqində Suriya hərbi və təhlükəsizlik qüvvələrinin ölkənin müxtəlif bölgələrinə nəzarət etdiyini və İŞİD terrorçularını məğlubiyyətə uğratdığını bildirərək deyib: Öz hərbçilərini Suriyada saxlamaq üçün ABŞ-ın bəhanələrinə dözə bilmərik.

Zaxarova əlavə edib: Suriyanın müstəqilliyi və hakimiyyəti üçün təhdid hesab olunan ABŞ-ın başçılığı altında beynəlxalq koalisiyanın Suriyadakı hərəkətlərini davam etdirməsi üzrə əsaslandırmağa çalışan Birləşmiş Ştatların bəhanələri qəbulediləsi deyildir.

Rusiya XİN mətbuat katibi bildirib: ABŞ tərəfi İŞİD terror qruplaşmasının məğlubiyyətinin yekunlaşmadığını iddia edir. Bu iddia sadəcə amerikalı hərbçilərin Suriyada qalmasını əsaslandırmaq üçündür. 

Rus rəsmisi həmçinin Vaşinqtonun İŞİD üzərində qələbədəki rolu haqda iddialarını əsassız və reallığa zidd adlandrııb və deyib: Rusiyanın Suriyadakı iştirakı rəsmi Dəməşqin dəvəti əsasında olmuşdur və bütün beynəlxalq qanun-qaydalarla uzlaşır.

Şərh yaz


Məxfi kod
Yenilə