Cümə axşamı, 14 Dekabr 2017 15:32

Madlin Olbrayt: Donald Tramp ABŞ-ı zəiflətməkdədir

Madlin Olbrayt: Donald Tramp ABŞ-ı zəiflətməkdədir

ABŞ-ın sabiq dövlət katibi deyib: Birləşmiş Ştatların hazırkı prezidenti ölkəni zəiflətməkdədir.

CNN televiziyasının məlumatına görə, ABŞ-ın BMT-dəki sabiq nümayəndəsi və bu ölkənin ilk qadın dövlət katibi ABŞ-ın rəhbərliyi haqdad eyib: Mən Amerika Birləşmiş Ştatlarının müxtəlif yollarla beynəlxalq səhnədəki yoxluğundan çox inciyirəm. Xüsusilə də iqlim dəyişikliyi məsələsində görünür biz bu səhnədə yoxuq. Halbuki mənim qənaətimcə, bu məsələdə rəhbərlik ABŞ-ın əlində olmalıdır. 

"Çox təkanvericidir ki, ABŞ prezidenti Donald Tramp ölkəni iqlim sazişindən çıxarıb. Bu beynəlxalq böyük sazişdə olmamaq bizim üçün ziyanvericidir. Üumilikdə mən bu məsələdən nigaranam ki, prezident Tramp həmişə bizim qurbanlıq olduğumuzu, bizdən sui-istifadə olunduğunu, dünyanın bizi lağa qoyduğunu və bizə güldüyünü düşünür. Fikrimcə, belə passiv funksiya bizim həmişə təhlükə hiss etməyimiz, sadəcə müdafiə strategiyamızın olması ilə nəticələnir" -deyə Olbrayt bildirib. 

Madlin Olbrayt əlavə edib: Mən bu məsələdən, qorxu və nifrətlə dolu məsələdən, Donald Trampın sadəcə özünün önəmli şəxsiyyət olmasını düşünməsindən bezmişəm. Buna görə, fikrimcə, Ağ Evin ABŞ Dövlət Departamentini zəiflətməyi istəməsi  ABŞ-ın zərər görməsinə səbəb olacaq. 

Şərh yaz


Məxfi kod
Yenilə