Çərşənbə axşamı, 05 Dekabr 2017 13:46

Lavrov: NATO Əfqanıstanda narkotiklərlə mübarizəyə diqqət yetirməlidir

Lavrov: NATO Əfqanıstanda narkotiklərlə mübarizəyə diqqət yetirməlidir

Rusiyanın xarici işlər naziri NATO tərəfindən Əfqanıstanda narkotiklərlə mübarizəyə və bu məsələyə kollektiv yanaşmaya diqqət yetirilməsinə çağırıb.

 

 

İRNA-nın verdiyi məlumata görə, Sergey Lavrov dünən Moskvada narkotiklərlə mübarizə üzrə beynəlxalq konfrasda etdiyi çıxışında deyib ki, o  NATO-nun Kabil hökuməti ilə əməkdaşlıq yolu ilə Əfqanıstanda daha geniş vüsət almış narkotik maddələrin istehsalını məhdudlaşdıracağına ümid bəsləyirdi. 

Rusiya XİN rəhbəri deyib: Təəssüflər olsun ki BMT-nin narkotiklərlə mübarizə idarəsinin son statistik məlumatları Əfqanıstanda narkotiklərin istehsalı gözə çarpacaq dərəcədə artıb.

Rusiya rəsmiləri keçmişdə də Amerika və NATO-nun narkotik maddələrlə mübarizə məsələsinə laqeydliklərini dəfələrlə tənqid etmişdir. 

İran İslam Respublikası İslami Şura Məclisinin sədri Əli Laricani də dünən Moskvada keçirilən parlamentləriin narkotiklərlə mübarizə konfransında etdiyi çıxışında qərb ölkələrin Əfqanıstana hücumdakı iddialarının yalan olduğunu bildirərək deyib: Əfqanıstanda narkotiklərin istehsalı əcnəbi hərbçilərin bu ölkədəki fəaliyyətlərindən sonra 45 dəfə artıb.  

Şərh yaz


Məxfi kod
Yenilə