Çərşənbə axşamı, 05 Dekabr 2017 10:20

Makron ABŞ-ın Qüdsə qarşı hərəkətlərinin əleyhinədir

Makron ABŞ-ın Qüdsə qarşı hərəkətlərinin əleyhinədir

Fransa prezidenti Emanuel Makron dünən gecə amerikalı həmkarı Donald Trampla telefon söhbətində Qüdsün Vaşinqton tərəfindən sionist rejimin paytaxtı elan olunması ehtimalından nigaran qaldığını deyib.

 

 

Məlumatlı mənbələr öncə bildirmişdilər ki, ABŞ prezidenti dünən bu ölkə səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi fərmanını imzalayacaq və çərşənbə günü də Qüdsü sionist rejimin paytaxtı elan edəcək. 

Ağ ev dünən beynəlxalq tənqidlərə reaksiyada bildirib ki, Donald Tramp hələ ABŞ səfirliklərinin Qüdsə köçürülməsi barədə  qənaətə gəlməyib.

Tramp ABŞ-da prezident seçkiləri ərəfəsində apardığı kampaniyalarda və ondan sonra da dəfələrlə sionist rejimin baş nazirinə ABŞ-ın səfirliyini Təl-Əvivdən işğal olunmuş Qüdsə köçürəcəyini bildirmişdir. 

Tramp və Netanyahunun ABŞ səfirliyinin Beytül-Müqəddəsə köçürülməsi layihəsi fələstinlilər və beynəlxalq ictimaiyyətin sərt reaksiyasına səbəb olub.  

Şərh yaz


Məxfi kod
Yenilə