Şənbə, 25 Noyabr 2017 12:57

Brüsseldə şərq tərəfdaşlığı sammiti sona çatıb

Brüsseldə şərq tərəfdaşlığı sammiti sona çatıb

Brüsseldə keçirilən 5-ci şərq tərəfdaşlıq sammiti bir bəyanat yayaraq öz işinə yekun vurub.

İRNA-nın verdiyi məlumata görə, müştərək bəyanatda üzv ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverinliyinə dəstək verilməsi vurğulanıb. 

Avropa İttifaqının üzv dövlətləri və altı şərq tərəfdaşlıq ölkənin ( Azərbaycan Respublikası, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukrayna) dövlət yaxud hökumət başçısı bu iclasda iştirak edib. 

Aİ-nin şərq tərəfdaşlıq sammiti çərçivəsində dünən Azərbaycan Respublikası ilə bu birlik arasında trans Avropa nəqliyyatı şəbəkəsi ilə əlaqədar bir razılaşma sənədi imzalanıb.  Sənədi Azərbaycan Respublikasının XİN rəhbəri Elmar Məmmədyarov və Avropa Birliyi xarici siyasət üzrə koordinatoru Federika Moqerini imzalayıblar. 

Şərh yaz


Məxfi kod
Yenilə