Çərşənbə axşamı, 14 Noyabr 2017 17:19

Oğul Tramp və "Wikiliks" saytı arasındakı əlaqələr ifşa edilib

Oğul Tramp və "Wikiliks" saytı arasındakı əlaqələr ifşa edilib

ABŞ prezidenti Donald Trampın oğlu 2016-cı il prezident seçkilərindən öncə "Wikiliks" saytı ilə yazışmalara malik olduğunu etiraf edib.

"Hill" internet portalının verdiyi məlumata görə, ABŞ prezidentinin böyük oğlu Donald Cunior Tramp 2016-cı il prezident seçkilərindən öncə "Wikiliks" saytının Tvitter səhifəsi ilə atasının seçki kampaniyası ilə əlaqədar bəzi yazışmalara malik olduğunu təsdiq edib. 

"Wikiliks" seçkilər günü göndərilmiş bir mesajda ata Trampın seçkilərdə məğlub olacağı təqdirdə, bu məğlubiyyəti qəbul etməməyi və ABŞ medialarını qalmaqala sürükləməklə, saxtakarlıq məsələsini gündəmə gətirməyi təklif etmişdi. 

"Wikiliks" saytı 2016-cı il prezident seçkilərindən öncə demokratların seçkilərdəki namizədi Hillari Klintonun elektron məktublarını ifşa etmişdi. Bəzi analitiklər Hillari Klintonun seçkilərdəki məğlubiyyətinin əsas səbəblərindən birini məhz bu elektron məktubların ifşa edilməsi hesab edirlər. 

Şərh yaz


Məxfi kod
Yenilə