Çərşənbə axşamı, 14 Noyabr 2017 16:53

Trampın yeni miqrasiya fərmanı icra edilir

Trampın yeni miqrasiya fərmanı icra edilir

ABŞ-ın Kaliforniya ştatında bir məhkəmə tərəfindən çıxarılan qərara əsasən ABŞ prezidenti Donald Trampın əsasən bəzi İslam ölkələri vətəndaşlarının ABŞ-a səfərini məhdudlaşdıran yeni miqrasiya fərmanının bir hissəsi yenidən qüvvəyə minib.

Röyters-in verdiyi məlumata görə, ABŞ-ın Apelyasiya Məhkəməsinin Kalifroniya ştatındakı 9 saylı şöbəsi Trampın yeni miqrasiya fərmanının bir hissəsinin icra edilməsi haqda qərar çıxardıb. 

Bu məhkəmə qərarı ABŞ dövlətinin Trampın yeni miqrasiya fərmanının ləğv edilməsi və ya icrasının durdurulması üzrə məhkəmə qərarından etdiyi apelyasiya şikayəti əsasında çıxarılıb.

Bundan öncə Havay ştatının federal məhkəməsi Trampın yeni miqrasiya fərmanını qeyri-qanuni elan edərək, onun icrasının dayandırılması haqda qərar çıxartmışdı. 

Trampın miqrasiya ilə bağlı ən son fərmanı 24 sentyabr 2017-ci il tarixinə aiddir. Bu fərmanda İran, Liviya, Suriya, Yəmən, Somali, Çad, Şimali Koreya vətəndaşları və Venesuelanın bəzi dövlət rəsmilərinin Amerikaya girişi məhdudlaşdırılır. 

Şərh yaz


Məxfi kod
Yenilə