Çərşənbə axşamı, 14 Noyabr 2017 13:07

Rusiya baş naziri İran prezidentinə başsağlığı müraciəti göndərib

Rusiya baş naziri İran prezidentinə başsağlığı müraciəti göndərib

Rusiyanın baş naziri Dmitri Medvedyev bazar ertəsi günü gecə İran İslam Respublikası prezidenti Həsən Ruhaniyə ünvanlanmış başsağlığı müraciətində İranın qərbində zəlzələ nəticəsində çoxsaylı insanın ölməsi və yaralanmasından təəssüfləndiyini bildirib.

Dmitri Medvedyev həmçinin, zəlzələdə yaxınlarını itirən insanların kədərini bölüşüb. 

Rusiya prezidenti Vladimir Putin də bazar ertəsi günü İran prezidenti Həsən Ruhaniyə ünvanlanmış müraciətdə İranın qərbində zəlzələ nəticəsində yüzlərlə insanın ölməsinə görə başsağlığı verib. 

BMT baş katibi və bir çox ölkə başçısı da İran İslam Respublikası rəsmilərinə ünvanlanmış müraciətlərdə baş vermiş hadisə ilə əlaqədar İran xalqı və dövlətinə başsağlığı veriblər. 

Şərh yaz


Məxfi kod
Yenilə