Cümə axşamı, 12 Oktyabr 2017 13:14

BMT Myanmadan tükörpədici hesabat yayıb

BMT Myanmadan tükörpədici hesabat yayıb

Birləşmiş Millətlər Təşkilatının İnsan Haları Şurasının Cenevrədə yerləşən ofisi Myanma ordusunun Ruhinca müsəlmanlarına qarşı cinayətlərindən xəbər verib.

 

 

Röytersin verdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatının İnsan Haları Şurasının Cenevrədə yerləşən ofisi dünən bir hesabatda bildirib: Myanmanın təhlükəsizlik qüvvələri Raxin vilayətində yarım milyon Ruhinca müsəlmanın evini, əkin sahələri və kəndlərini yandıraraq onları vəhşicəsinə qovmaqla müsəlmanların bölgəyə qayıtmalarına mane olmağa çalışır. 

Son bir ay ərzində Myanmadan Banqladeşə qaçan Ruhinca müsəlmanları ilə 65 müsahibə əsasında hazırlanmış hesabatda deyilir: Myanma ordusunun Ruhinca müsəlmanlarına qarşı hərbi əməliyyatı, Ruhinca müsəlmanlarına aid edilən 2017-ci il 25 avqust hücumlarından öncə başlanmışdır. 

Birləşmiş Millətlər Təşkilatının İnsan Haları Şurasının Cenevrədə yerləşən ofisinin hesabatında deyilir: Faktlar göstərir ki, Myanmanın təhlükəsizlik qüvvələri bilərəkdən Ruhinca müsəlmanlarının əmlakını, evlərini və yaşadıqları kəndləri yandırırlar. 

Hesabatda deyilir: İnsan Haqları Təşkilatının rəsmiləri Myanma təhlükəsizlik qüvvələrinin Ruhinca müsəlmanlarının yaşadıqları kəndləri odlu silahlarla hədəfə aldıqları, onları qırğın etdikləri və evlərini yandırdıqları barədə faktları qeydə alıb. 

Bu hesabata görə, həmin faktlar göstərir ki, həlak olanlar qaçarkən arxadan və yaxın məsafədən vurulublar, şahidlərin dediklərinə görə, Ruhinca müsəlmanları, uşaq və qocalar da daxil evlərinin içində yandırılaraq qətlə yetiriliblər. 

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎