Cümə axşamı, 12 Oktyabr 2017 11:36

Rusiyanın şərqində vulkan püsgürüb

Rusiyanın şərqində vulkan püsgürüb

Dünən Rusiyanın şərqində yerləşən Şiveluç vulkanı püsgürməyə başlayıb və 8 km hündürlüyündə duman vulkanın ətrafını bürüyüb.

 

 

Külək vulkan dumanını şərq və şimal şərq bölgələrə yayıb. 

Şiveluç vulkanının püsgürməsi bölgə üzərindən uçan təyyarələr üçün narıncı təhlükəsizlik vəziyyətinin elan olması ilə nəticələnib. 

Vulkandan görüntülər vulkanın cənub şərqindən 47 km məsafədə yerləşən kamera vasitəsi ilə çəkilib. 

Şiveluç dağı 3283 metr hündürlüyə malikdir və 2009-cu ildən fəallaşıb. 

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎