Cümə axşamı, 12 Oktyabr 2017 10:31

Moqerini: ƏMTP-dən çıxmaq Amerikanın beynəlxalq etibarını sual altına alacaq

Moqerini: ƏMTP-dən çıxmaq Amerikanın beynəlxalq etibarını sual altına alacaq

Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru deyib: Amerika Əhatəli Müştərək Təşəbbüs Proqramından çıxarsa başqa ölkələrə belə bir mesaj vermiş olacaq ki, ABŞ etimad ediləsi dövlət deyil.

 

 

İRNA-nın verdiyi məlumata görə, AB xarici siyasət üzrə koordinatoru Federika Moqerini PBS telekanalına verdiyi açıqlamada Amerikanın ƏMTP-dan çıxmasının digər ölkələrin Amerika ilə razılaşmaya meyilsiz lacağı ilə nəticələnəcəyini deyib. 

Moqrini deyib: ƏMTP-dan çıxmaqla Amerikanın beynəlxal imici ləkələnəcək, ona görə ki, iki il öncə BMT Təhlükəsizlik Şurasında 2231 saylı qətnaməyə müvafiq səs vermiş dövlət indi onu rədd edir. 

AB xarici siiyasət üzrə koordinatoru deyib: Bu həmdə belə bir fikir formalaşdıracaq ki, ABŞ-da hər bir yeni hökumət keçmişdəki razılaşmalar barədə yenidən müzakirəyə maraqlıdır, bu məsələ başqa ölkələrdə belə fikir formalaşdırır ki, növbəti hökumətlə daha yaxşı razılaşma əldə edə biləcəklərsə hazırkı hökumətlə müzakirəyə meyilsiz olsunlar. 

ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni siyasətini və hökumətinin ƏMTP barədə mövqeyini bir nitqdə elan edəcəyi gözlənilir. 

Bu nitqin bu gün ediləcəyi gözlənilirdi amma AsseoşieytedPress məlumatlı mənbələrə istinadla bildirib ki, nitq sabah baş tutacaq. 

Tramp oktyabrın 15-dək İranın ƏMTP-yə sədaqətini rədd yaxud təsdiq etməlidir. Onun nüvə razılaşmasını rədd edərək bu razılaşmanın taleyini ABŞ konqresinin sərəncamına verəcəyi ehtimal edilir. 

Tramp tərəfindən İranın ƏMTP-yə sədaqəti rədd olunarsa ABŞ konqresi 60 günədək sanksiyaların İrana yenidən tətbiq edilməsi üçün qərara gəlməli olacaq. 

Şərh yaz


Məxfi kod
Yenilə