Çərşənbə axşamı, 10 Oktyabr 2017 11:40

V.Şerman Trampın böyük səhvinə işarə edib

V.Şerman Trampın böyük səhvinə işarə edib

ABŞ Dövlət Departamentinin sabiq diplomatı deyib ki, bu ölkənin prezidenti İranın nüvə anlaşmasına sədaqətini təsdiq etməməklə böyük səhvə yol vermiş olacaqdır.

 

 

Vendi Şerman Nyu-York Tayms qəzetində yaydığı bir qeyddə yazıb: Belə görünür ki, Amerika prezidenti Donald Tramp İranın nüvə anlaşmasının maddələrini pozmaması həqiqətinə rəğmən, belə bir addım atmaq istəyir.

Şerman əlavə edib: Trampın təhlükəsizlik komandasının aparıcı üzvləri açıq şəkildə deyiblər ki, İran öz öhdəliklərinə sadiq qalıb və bu anlaşmaya nəzarət və onun araşdırılması sahəsində məsuliyyət daşıyan Beynəlxalq Atom Enerjisi Agentliyi də ötən iki il ərzində öz hesabatlarında bu məsələni təsdiq edibdir.

Şerman Trampın bu qərarının nəticələri haqda xəbərdarlıq edərək, deyib: Belə bir addım Amerikanın şəriklərinin etimadına xələl gətirəcək və ölkəni təcrid edəcəkdir.

Şərh yaz


Məxfi kod
Yenilə