Cümə axşamı, 14 Sentyabr 2017 13:30

Paris 2024 Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək

Paris 2024 Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək

Dünya Olimpiya Komitəsi çərşənbə günü Fransanın Paris və ABŞ-ın Los-Anceles şəhərlərini müvafiq olaraq 2024 və 2028-ci illər üçün Yay Olimpya Oyunlarına ev sahibi olaraq seçib.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, Parisdə 2024-cü ildə Yay Olimpiya Oyunlarının keçirildiyini nəzərə alaraq bu şəhər üçüncü dəfə bu böyük idman hadisəsinə ev sahibliyi edəcək. 

2028-ci ildə Yay Olimpiya Oyunları  ABŞ-ın Los-Anceles şəhərində keçirildiyi halda, bu yarışlar 1996-cı ildən sonra ilk dəfə olaraq ABŞ ərazisində təşkil olunacaq. 

1996-cı ildə Yay Olimpiya Oyunları ABŞ-ın Atalanta şəhərində keçirildi. 

Los Anceles də 1932 və 1984-cü illərdə  Yay Olimpiya Oyunlarına ev sahibliyi edib. 

Şərh yaz


Məxfi kod
Yenilə