Cümə axşamı, 14 Sentyabr 2017 12:43

Quterreş: Myanma müsəlmanları üçün normal həyat imkanı yaradılmalıdır

Quterreş: Myanma müsəlmanları üçün normal həyat imkanı yaradılmalıdır

BMT baş katibi Myanmada rohinca müsəlmanlarına qarşı zorakılıqların davam etməsindən nigaranlıq edərək deyib: Bu şəxslərə normal yaşamaq imkanı yaradılmalıdır.

İRİB-in məlumatına görə, Antonio Quterreş ötən gecə deyib: Raxin vilayəti müsəlmanlarına vətəndaşlıq və ya minimum hüquqi şərait verilməlidir ki, onlar üçün normal yaşamaq imkanı yaransın. 

BMT baş katibi əlavə edib: Myanma rəsmiləri tez bir zamanda zorakılıqlara son qoyamlı və öz ölkələrini tərk etməyə məcbur olan şəxslərin geri qayıtmaq hüququ rəsmən tanınmalıdır. 

BMT-nin bildirdiyinə görə, 25 avqustdan indiyə qədər Rohinca müsəlmanlarına qarşı Myanma ordusu və radikal buddistlərin zorakılıqları nəticəsində təxminən 400 min müsəlman Banqladeşə qaçıb. 6 mindən çox müsəlman həlak olub, 8 min nəfər də yaralanıb. 

Şərh yaz


Məxfi kod
Yenilə