Çərşənbə axşamı, 12 Sentyabr 2017 12:15

Filippin ordusu: Məravi şəhərindəki terrorçular təslim olmağa hazırdırlar

Filippin ordusu: Məravi şəhərindəki terrorçular təslim olmağa hazırdırlar

Filippin ordusu Məravi şəhərindəki terrorçuların təslim olmağa hazır olduqlarından xəbər verib.

İRNA-nın məlumatına görə, Filippin ordusu çərşənbə axşamı bildirib ki, İŞİD terror qruplaşmasının tabeliyində olan təqribən 60 terrorçu Məravi şəhərində 4 aya yaxın davam edən toqquşmaların ardınca dövlət qüvvələrinə təslim olmağa hazır olduqlarını bildirib.

Filippin ordusu ordu qüvvələrinin indiyə kimi Məravi şəhərində terrorçuların nəzarətində olan 23 bölgəni terrorçulardan təmizlədiyini bildirib. 

Məravi şəhərində terrorçulara qarşı savaşda indiyə kimi təqribən 147 hərbi və polis əməkdaşı öldürülüb. Öldürülən terrorçuların sayı isə 655 nəfər elan olunub. Mülki əhali arasında isə insan tələfatının sayı 45 nəfərdir. 

Bu toqquşmalar Mindanao adasında 400 min insanın öz evindən didərgin düşməsinə səbəb olub. 

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎