Şənbə, 12 Avqust 2017 11:03

Vətəndaş Azadlıqları Birliyi Trampdan şikayət etdi

Vətəndaş Azadlıqları Birliyi Trampdan şikayət etdi

ABŞ Vətəndaş Azadlıqları Birliyi (ACLU) yeniyetmə miqrantların həbs olunması haqda prezident və ölkə hökumətindən şikayət edib.

Hİll internet portalının məlumatına görə, ABŞ Vətədnaş Azadlıqları Birliyi cümə günü iğtişaş qrupları ilə əlaqədə olmaq haqda əsassız iddialara əsasən yeniyetmə miqrantların saxlanılmasına görə, ABŞ hökuməti əleyhinə şikayət ərizəsi təqdim edib. 

Bu şikayət ərizəsində ədliyyə naziri Cef Seşns, Miqrasiya və Gömrüklər İdarəsi, Səhiyyə Nazirliyi və Miqrantların yerləşdirilməsi üzrə Humanitar Xidmətlər İdarəsindən şikayət olunub. 

ABŞ Vətəndaş Azadlıqları Birliyi miqrasiya idarəsi və miqrantların yerləşdirilməsi üzrə humanitar xidmətlər idarəsini uşaqları həbs etmək və onların valideyn və ya vəkillərinin məlumatı olmadan təcridxanalara köçürməkdə suçlayıb. 

ABŞ Vətəndaş Azadlıqları Birliyi yeniyetmələrin azad olunmasını və analojio hadisələrin təkrarlanmasının qarşsının alınmasını istəyir. 

Donald Tramp ABŞ prezidenti olduqdan sonra Vətəndaş Azadlıqları Birliyi bir neçə dəfə ölkə hökumətindən şikayət edib. 

Bir neçə müsəlman ölkəsi vətəndaşlarının ABŞ-da girişinin qadağan olunmasına dair icra fərmanından şikayət də bu şikayətlərə nümunədir. 

ABŞ prezidenti Donald Tramp bundan öncə deyib ki, polis şübhəliləri həbs edərkən sərt şəkildə davranmalıdır. Onun bu açıqlaması çoxlu tənqidlərə yol açıb. 

Şərh yaz


Məxfi kod
Yenilə