Şənbə, 17 June 2017 17:56

Kəşmirdə qanlı toqquşma; 11 nəfər həyatını itirdi

Kəşmirdə qanlı toqquşma; 11 nəfər həyatını itirdi

Hindistanın nəzarəti altında olan Kəşmirin polis rəisi ötən 24 saat ərzində çıxan toqquşmalarda 7 Hindistan polisi daxil olmaqla 11 nəfərin həlak olduğunu bildirib.

İRNA-nın məlumatına görə, Kəşmir polisinin rəisi Es Pi Vid şənbə günü deyib: Naməlum silahlılar patrul xidməti həyata keçirən polis əməkdaşlarına hücum edərək, 6 nəfəri öldürüblər. 

Daha bir Hindistan hərbçisi də Pakistan hərbçiləri ilə toqquşmada öldürülüb. 

Hindistan hərbçiləri isə Kəşmirin cənubunda 2 mülki vətəndaşı güllələyərək, qətlə yetiriblər. Bu hadisənin ardınca yerli sakinlər ilə Hİndistan polisi arasında ağır toqquşma baş verib. Çıxan toqquşmada daha iki sivil vətəndaş Hindistan polisi tərəfindən qətlə yetirilib. 

Hindistan hökuməti Kəşmirdə xalq etirazlarının genişlənməsini önləmək üçün Kəşmir əyalətində internet xidmətini dayandırıb. 

Həmçinin, Kəşmirdə bütün təhlükəsizlik qüvvələri gücləndirilmiş iş rejiminə keçiblər. 

Ötən iyul ayından bəri Kəşmirdə yerli müsəlman əhali ilə Hindistan hökuməti arasında ixtilaflar və qarşıdurmalar artıb. Bu müddət ərzində Hindistanın təhlükəsizlik qüvvələri Kəşmirdə 170 müsəlmanı qətlə yetirib, minlərlə nəfəri də həbs ediblər. 

Müsəlman sakinli Kəşmir əhalisi BMT Təhlükəsizlik Şurasının Kəşmirin taleyini müəyyən etmək üçün referendumun keçirilməsi ilə bağlı qətnaməsinin icra edilməsini istəyir. 

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎