Şənbə, 17 June 2017 17:12

130 milyon insan dünyada yaşanan insani böhranlardan və didərginlikdən əziyyət çəkir

130 milyon insan dünyada yaşanan insani böhranlardan və didərginlikdən əziyyət çəkir

BMT baş katibinin müavini dünyada 130 milyon insanın didərginlik və insani böhranlardan əziyyət çəkdiyini deyib.

Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, Əminə Məhəmməd Təhlükəsizlik Şurasının Yəmən, Somali, Nigeriya və Sudanda insani böhranları araşdırmaq üçün təşkil etdiyi qeyri rəsmi iclasda deyib: Beynəlxalq təşkilatlar indiyə kimi 2 milyard dollar vəsait alıblar. Bu isə zəruri ehtiyacların sadəcə 40%-ni təmin etməyə kifayət edir.

Əminə Məhəmməd əlavə edib: 130 milyondan çox insan dünyada didərginlik və insani problemlərdən əziyyət çəkir. Əgər bu insanların ehtiyaclarını təmin etmək üçün lazım olan vəsait sürətlə təmin edilməzsə, bu gün Yəmən, Somali, Cənubi Sudan və Nigeriyanın şimalında aclıqdan ölmək üzrə olan 20 milyon insana daha 10 milyon nəfər əlavə olacaq.

BMT baş katibinin müavini daha sonra deyib: Bu ölkələrdən 3-ü tezliklə qoraqlıq dövrünə daxil olmuş olacaq. Əgər, təcili addımlar atılmazsa, region xalqları faciə ilə üzləşəcəklər. Dünya Bankı və Humanitar Təşkilatlar bu problemin aradan qaldırılması üçün bir-biri ilə əməkdaşlıq edir. Amma, savaşların durdurulması bu səylərin əsas prioritetini təşkil edir. Çünki, bu böhranlar insanlar tərəfindən yaradılmış süni böhranlardır.

Şərh yaz


Məxfi kod
Yenilə