Şənbə, 17 June 2017 16:29

Kuba ABŞ-ı qınayıb

Kuba ABŞ-ı qınayıb

Kuba ABŞ prezidenti Donald Trampın bu ölkənin mühasirəsini gücləndirmək qərarını pisləyib.

Röytersin verdiyi məlumata görə, Kuba dövləti dünən bir bəyanat yayaraq Trampın Kubaya qarşı blokada təşəbbüslərini pisləyib və onun qarşılıqlı əlaqələrə maneə olduğunu bildirib. Bəyanatda eyni zamanda vurğulanır ki, Kuba Amerika ilə hörmət əsasında danışığın davam etməsinə meyillidir. 

Kuba dövlətinin bəyanatında deyilir: Tramp Kuba xalqına zərər vuran və onun iqtisadi inkişafına mane olan  keçmişdəki düşmən metodlarına üz tutub amma Kuba inqilabını zəiflədə bilməyəcək. 

Donald Tramp dünən Amerikanın Florida ştatının Myami şəhərində etdiyi çıxışında Barak Obama dövründə başladılan ABŞ ilə Kuba arasında əlaqələrin normallaşdırılması siyasətini tamamiylə ləğv  etdiyini bildirib. 

Donald Tramp həmçinin deyib: Amerikan turistlərin Kubaya səfərinə yenidən qadağa qoyulur və Havanaya qarşı sanksiyalar həyata keçiriləcək. 

Barak Obama prezidentliyinin son ilində yarım əsrdən sonra Kuba ilə diplomatik əlaqələr yaratdı və bu ölkəyə qarşı bəzi məhdudiyyətləri ləğv etdi. 

Şərh yaz


Məxfi kod
Yenilə