Şənbə, 17 June 2017 15:56

London əhalisi Grenfell Tower-də baş vermiş yanğının səbəbinin elan olunmasını istəyib

London əhalisi Grenfell Tower-də baş vermiş yanğının səbəbinin elan olunmasını istəyib

Londonun Qrenfel göydələnində baş vermiş yanğın hadisəsindən sonra bu şəhərin əhalisi dövlətdən istəyibdir ki, yanğının səbəbini elan etsin.

CNN telekanalının məlumatına görə, qeyri-müəyyənlik əhalinin və hadisə qurbanlarının yaxınlarının əsəbiliyinə səbəb olubdur və əhali İngiltərə rəsmilərindən cavab gözləyir.

London yanğınsöndürmə idarəsinin rəisi Deni Katen açıq şəkildə etiraf edibdir ki, Londonun Qrenfel göydələnində baş vermiş yanğın hadisəsində neçə nəfərin itkin düşdüyünü bilmir.

London meri Sadiq xan yanğın hadisəsinin baş verdiyi məkana baş çəkərkən bu şəhərin əhalisi vurğulayıbdır ki, onun yanğının səbəbinə dair sualı cavablandırılsın.

İngiltərənin baş naziri Tereza Mey də hadisə yerindən baxış keçirərkən deyib: Əhali rəsmilərin onun sualını cavablandırmasını istəyir və bu istək tamamilə düzgündür.

Qrenfel yaşayış binasında yanğın çərşənbə günü səhər tezdən bu göydələnin dördüncü mərtəbəsində başlanıb və sonra yuxarı mərtəbələrə sirəyət edibdir.

İngiltərə mediaları bildiriblər ki, Londonun Qrenfel göydələnində baş vermiş yanğın hadisəsində həlak olanların və itkin düşənlərin sayı 65 nəfərə çatıbdır.

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎