Cümə axşamı, 15 June 2017 17:46

Vaşinqton polisi Ərdoğanın cangüdənlərini cəzalandırmaq istəyir

Vaşinqton polisi Ərdoğanın cangüdənlərini cəzalandırmaq istəyir

Vaşinqton polisi Türkiyə prezidentinin mühafizə komandasını kürd etirazçılara hücum etdiyinə görə cəzalandırmaq istəyir.

AssoşieytedPress-in verdiyi məlumata görə, Vaşinqton polisi bildirib ki, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın mühafizə dəstəsinin 12 üzvü cəzalandırılacaq. 

Ərdoğanın son Amerika sfəfərində onun mühafizə dəstəsi Türkiyənin Vaşinqtondakı səfirliyi binası qarşısına toplaşan kürd etirazçılara hücum edib və bu hücumda 12 nəfər xəsarət alıb, 9 nəfər xəstəxanaya köçürülüb. 

Ərdoğanın Amerikaya səfəri, ABŞ-ın Suriyada kürd yaraqlılarına dəstək verməsi və Fətullah Gülənin Türkiyəyə təhvil verilməsindən çəkinməsinə görə, Türkiyə-ABŞ əlaqələrində müəyyən çaxnaşmaların meydana gəldiyi bir dönəmdə baş tutdu. 

Ankara ötən miladi ili Türkiyədə baş verən uğursuz dövlət çevrilişi əməliyyatının planlaşdırılması və istiqamətləndirilməsində Güləni ittiham edir , Gülən isə bu ittihamları rədd edir. 

Şərh yaz


Məxfi kod
Yenilə