Cümə axşamı, 15 June 2017 16:39

Tramp barədə araşdırmalar

Tramp barədə araşdırmalar

Amerika mətbuatı ABŞ prezidentinin Rusiya ilə əlaqədar araşdırmalara qarşı ehtimali maneəçilikləri barədə təhqiqatların başlanmasından xəbər veriblər.

Vaşinqton Post qəzeti yazıb: Rusiyanın ABŞ-da prezident seçkilərinə ehtimalı müdaxiləsi kimi qalmaqallı mövzuya baxılması üzrə xüsusi prokuror Robert Müller, indi bu dosiya üzrə ədalətin icrası istiqamətində ABŞ prezidenti Donald Trampın ehtimali əngəl yaratmalarını araşdırır. 

Vaşinqton Post qəzeti yazır: Robert Müller bu məsələyə aydınlıq gətirmək üçün Amerikanın yüksək səviyyəli kəşfiyyat rəsmiləri və digər müvafiq məmurlardan istintaq aparır. 

Amerikanın Federal Təhqiqat Bürosunun (FTB) müfəttişləri Donald Trampın yaxın adamları və əməkdaşlarının ehtimali maliyyə cinayətlərini də aşkar etməyə çalışırlar. 

Tramp dəfələrlə onun seçki qərargahı ilə Rusiya arasında ehtimali əlaqə barədə gedən araşdırmalar barədə, bu sahədəki xəbərlərin saxta olduğunu bildirib və demokratları bu kimi xəbərlər düzüb-qoşmaqda ittiham edib. 

Rusiya demokratların seçki qərargahının kompüterlərini hak etmək və gizli sənədlərini yaymaqla 2016-cı il noyabr seçkilərində Donald Trampın qələbə qazanmasına kömək etməkdə ittihiamlandırılır amma Rusiya bu ittihamı rədd edib.  

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎