Çərşənbə, 14 June 2017 19:51

Nümayəndələr Palatasının üzvünə atəş açıldı

Nümayəndələr Palatasının üzvünə atəş açıldı

ABŞ-da bir media Virciniya ştatında silahlı şəxsin atəş açması nəticəsində bu ölkə Nümayəndələr Palatasının üzvlərindən biri və onunla birlikdə olan bir şəxsin yaralandığını bildirib.

CBS televiziyası çərşənbə günü bildirib: ABŞ Nümayəndələr Palatasında Respublikaçılardan Stiv Askalis Virciniya ştatının Aleksandrya şəhərində beysbol oyunu zamanı atəş açılıb. 

Məlumata görə, bir neçə konqres üzvü də bu oyun zamanı məşq edirmişlər. 

Respublikaçı Mil Broks CNN televiziyasına deyib ki, mühafizəçilər reaksiya olaraq atəş açıblar. 

Mil Broks əlavə edib: Azı beş nəfər vertolyotla xəstəxanaya aparılıb. 

Bildirilir ki, konqresin iki polis məmuru da yaralanıb. 

Məlumata görə, Virciniyadakı silahlı insidentdə şübhəli şəxs həbs olunub. 

Şərh yaz


Məxfi kod
Yenilə