Çərşənbə, 14 June 2017 14:20

Londonda fövqəladə vəziyyət elan olundu

Londonda fövqəladə vəziyyət elan olundu

Londonun qərbində 27 mərtəbəlik binada yanğın baş verməsi ardınca, şəhər meriyası fövqəladə vəziyyət elan edib.

Sin-Xoa İnformasiya Agentliyinin məlumatına görə, London meri Sadiq Xan Lankstrust Steyt məhəlləsində 27 mərtəbəlik binada yanğın baş verməsi ardınca, fövqəladə vəziyyət elan edərək bu binaya bitişən bütün yolların bağlanmasına göstəriş verib. 

London polisi vətəndaşlardan hadisə yerindən uzaq qalmasını istəyib. Çünki binanın uçması ilə əlaqədar naharatlıqlar vardır. 

London yanğınsöndürmə idarəsi də bildirib: 40 yanğınsöndürmə maşını və 200 yanğınsöndürən yanğını söndürməyə və onun ətraf binalara keçməsinin qarşısını almağa çalışırlar. 

Londonun qərbində 27 mərtəbəlik binada yanğın nəticəsində azı 30 nəfər yaralanıb. 

Bu binada 120 mənzil vardır. Yanğın yerli vaxtla gecə saat 01:00 radələrində 2-ci mərtəbədə başlayıb və sürətlə digər mərtəbələrə yayılıb. Yanğının səbəbi hələlik bəlli deyil. 

Şərh yaz


Məxfi kod
Yenilə