Şənbə, 15 Yanvar 2022 14:30

Ərdoğan: "Avropa İttifaqı dar düşüncədən əl çəkməlidir"

Ərdoğan: "Avropa İttifaqı dar düşüncədən əl çəkməlidir"

Türkiyə prezidenti deyib: "Avropa İttifaqı yeni milad ilində dar düşüncədən əl çəkməlidir və blok daxilində həmrəylik bəhanəsi ilə Türkiyə ilə münasibətləri pozmamalıdır".

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı günü Avropa İttifaqının ünvanına sərt tənqidlər səsləndirib. 

Anadolu xəbər agentliyinin məlumatına görə, Ərdoğan deyib: "Avropa İttifaqı qısagörənliyi bir kənara atmalı, Türkiyə ilə əlaqələri yaxşılaşdırmaq üçün daha cəsarətli hərəkət etməlidir".

Türkiyə prezidenti Avropa İttifaqına üzv ölkələrin səfirləri ilə illik görüşündə əlavə edib: "Türkiyə ilə Aİ arasında əlaqələr blok daxilində həmrəylik bəhanəsi arxasında gizlənərək, "sabotaj" edilir.

O, Avropa İttifaqı ölkələrini bu cür yanaşmanın əksinə hərəkət etməyə çağırıb və deyib ki, bəzi üzv dövlətlər birliyin dəhlizlərində Türkiyə ilə problemlərini həll etmək yanaşmalarından əl çəkməlidirlər. 

"Türkiyə Aİ ilə dialoq və diplomatik münasibətlərin qurulması istiqamətində çalışıb. Yüksək səviyyəli səfərlər və danışıqlardan əlavə, biz iqlim dəyişikliyi, təhlükəsizlik, miqrasiya və səhiyyə ilə bağlı yüksək səviyyəli dialoqlarda da iştirak etdik, lakin bunun əvəzində avropalılar Türkiyə qarşısında "dayandırma taktikası"ndan istifadə etdilər", - deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti ölkəsinin Avropa İttifaqı ilə təchizat zəncirləri, terrorizm, miqrasiya, təhlükəsizlik, müdafiə, ksenofobiya, İslama düşmənçilik, səhiyyə və enerji sahələrində danışıqları davam etdirəcəyini söyləyib. 

Şərh yaz


Məxfi kod
Yenilə