Bazar, 22 Mart 2020 14:25

Taliban-ın əfqan qüvvələrə qarşı geniş hücumuna reaksiyalar

Taliban-ın əfqan qüvvələrə qarşı geniş hücumuna reaksiyalar

Özlərini Əfqanıstanın prezidenti hesab edən Muhəmməd Əşrəf Qəni və Abdullah Abdullah dünən Taliban-ı Kapisa vilayətində polis və ordu qüvvələrinə hücuma görə pisləyiblər.

Əşrəf Qəni taliblərin hücumunu vəhşicəsinə və terrorçu hücum adlandırıb. Qeyd edib ki, bu kimi hücumlar Əfqanıstanda sülh fürsətini təhlükə ilə üzləşdirməkdən əlavə, xalqın bu qrupa olan nifrətini daha da artırır.

Abdullah Adullah da öz şəxsi facebook səhifəsində taliblərin Kapisa vilayətində polis və ordu qüvvələrinə qarşı bu terror hücumunu bağışlanmaz bir cinayət adlandırıb.

Dünən novruz bayramının ikinci günündə taliblər Əfqanıstan polisinin Kapisa vilayətindəki digər bir postuna hücum ediblər. Nəticədə səkkiz əfqan hərbçi həyatını itirib.

Əşrəf Qəni və Abdullah dünən həmçinin taliblərin novruz bayramının birinci günündə 25 ölü ilə nəticələnən hərbçilərin Zabul vilayətindəki mövqelərinə qarşı geniş hücumlarını pisləmişdilər

Şərh yaz


Məxfi kod
Yenilə