Çərşənbə, 11 Mart 2020 19:12

Əfqanıstan prezidentinin göstərişi ilə talibançı məhbuslar azad ediliblər

    Əfqanıstan prezidentinin göstərişi ilə talibançı məhbuslar azad ediliblər

Əfqanıstan prezidenti Muhəmməd Əşrəf Qəninin sözçüsü Seddiq Seddiqi bu gün öz tvitter səhifəsində yazıbb: Əşrəf Qəni sülh danışıqlarının başlanması hədəfilə çərşənbə axşamı günü gecə talibançı məhbusların əfv və azad edilmələri barədə olan dördmaddəlik fərmanı imzaladı.

Nəhayət Amerikanın Taliban-la razılaşdığı kimi oldu. Bundan öncə onun özü və hökumətinin iştirakı olmadan Amerikanın Talibanla razılşması və talibançı məhbusların azad edilmələrinin sərt müxaliflərindən olan Əfqanıstan prezidenti Muhəmməd Əşrəf Qəni bu gün səhər tezdən beş min talib məhbusun azad edilməsi barədə bir fərman verdi, lakin Əşrəf Qəni bu mövqeyi Amerikanın son on gündə Talibanla razılaşmasından sonra tutubdur.

Müsahibə: Amerikanın səlahiyyəti deyil. Beş min talibin azad edilməsi üçün mənim tərəfimdən heç bir öhdəlik götürülməyibdir.

Əlbəttə, bir neçə gün sonra burada, Əfqanıstanın Nəngərhar vilayətində bir daha öz mövqeyini vurğuladı. Zira Taliban Amerika ilə razılaşmadan sonra Əfqanıstanda danışıqların başlanmasını öz məhbuslarından beş min nəfərin azad edilməsilə şərtləndirmişdi.

Müsahibə: Taliban öz məhbuslarının azadlığa buraxılmalarını önşərt kimi irəli sürüb. Bizim də Taliban üçün şərtimiz var; Siz hacan Pakistandan çıxacaqsınız?

Birneçəaylıq Əfqanıstan seçkiləri böhranı və iki prezidentin bir gündə eyni zamanda and içməsi vəziyyəti dəyişdi.

Amerikalılar Abdullah Abdullahın andiçmə mərasiminə getmirlər, amma burada hamı Əşrəf Qəninin inuaqurasiya mərasiminə gəlir və onun prezidentliyinə bir növ təsdiq möhürünü vurur.

Müsahibə: Taliban məhbuslarının azadlığa buraxılmaları. Bu haqda sabah fərman verəcəyəm.

Əşrəf Qəninin bu gün səhərçağı verdiyi dördmaddəlik fərmana əsasən, 1500 talib məhbusun azad edilməsi prosesi gələn həftənin əvvəlində başlanacaq və daha 3500 nəfər də Taliban ilə Əfqanıstan hökuməti arasındakı müzakirələr gedişində azad ediləcək. Bununla belə, Əşrəf Qəni elə bir halda fərman veribdir ki, Taliban elə əvvəldən bildirirdi ki, Amerika onların məhbuslarının azad edilmələrini üzərinə öhdəlik götürübdür.

Müsahibə: Yalnız amerikalılar bizə söz verdilər və razılaşma sənədində bu şeyləri yazmışıq.

Amerikalıların Əfqanıstan məsələləri üzrə nümayəndəsi Xəlilzad Əşrəf Qəninin fərmanından razıdır, amma deyir ki, taliblər hələ zorakılıqları azaltmayıblar.

Deyilənlərə görə, hazırda Əfqanstan hökumətinin zindanlarında on-on beş min talibançı məhbus saxlanılır.

Şərh yaz


Məxfi kod
Yenilə