Çərşənbə axşamı, 10 Mart 2020 19:00

ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılmasına başlanılıb

ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılmasına başlanılıb

Bir amerikan rəsmi bu ölkənin Əfqanıstandakı hərbçilərinin çıxarılması prosesinə başlanıldığını bildirib.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, adının açıqlanmamasını istəyən bu amerikan rəsmi deyib: Amerikanın taliblərlə razılaşmasına görə, Əfqanıstsanda yerləşən amerikan qüvvələrinin sayı hazırkı 13 min nəfərdən 8600 nəfərə endirilməlidir. 

Bir il müddətində gedən sız müzakirələrdən sonra nəhayət Amerika və taliblər 29 fevralda sülh razılaşması imzaladılar. 

Bu razılaşmaya görə, Amerikan hərbçilər və digər əcnəbi qüvvələr taliblərin sərt hərəkətlərini məhdudlaşdırmaları şərti ilə gələn ayın 14-də Əfqanıstanı tam tərk etməlidirlər. 

Amerika ilə taliblər arasında sülh razılaşması elə bir şəraitdə Qətərdə imzalandı ki, Əfqanıstanda bu qrup tərəfindən müharibənin davam etməsindən nigaranlıqlar bu razılaşmaya kölgə salıb.

Şərh yaz


Məxfi kod
Yenilə