Şənbə, 29 Fevral 2020 10:04

Hind təhlükəsizlik qüvvələrinin müsəlmanlara qarşı repressiyaları pislənib

    Hind təhlükəsizlik qüvvələrinin müsəlmanlara qarşı repressiyaları pislənib

Əfqanıstanın Bamiyan vilayətinin müsəlmanlarından yüzlərlə nəfər hind təhlükəsizlik qüvvələrinin müsəlmanlara qarşı repressiyalarını pisləyib.

Əfqan şiələr dünən Hindistan təhlükəsizlik qüvvələrinin və ekstremist hinduların bu ölkədə yeni vətəndaşlıq qanununun qəbul edilməsinə etiraz edənlərə qarşı hücumlarını bəşəriyyətə qaşı cinayət adlandırıblar.

Hindistanın baş naziri Narendra Mudinin şəkillərini yandıran əfqan etirazçılar bu ölkə hökumətini müsəlmanlara divan tutmaqda ittiham ediblər. Onlar beynəlxalq təşkilatlardan istəyiblər ki, Hindistanda müsəlmanlara divan tutulmasının qarşısını alsınlar.

Əfqan şiələr bildiriblər ki, Hindistanda yerli müsəlmanların qətliamı hər bir müsəlman üçün dözülməzdir və islami ölkələr məscidlərin dağıdılması və müsəlmanların qırğın edilmələri qarşısında susmamalıdırlar.

Onlar həmçinin Əfqanıstan hökumətindən istəyiblər ki, Hindistan müsəlmanlarının qırığın edilmələri dayandırılmayanadək bu ölkə ilə diplomatik münasibətlərini dayandırsın.

Hindistan hərbçilərin və ekstremist hinduların ABŞ prezidentinin səfərinə və bu ölkədə yeni vətəndaşlıq qanununun qəbul olunmasına etiraz edən müsəlmanlara qarşı son hücumlarında 42 nəfər ölüb, 300 nəfər də yaralanıbdır.

Şərh yaz


Məxfi kod
Yenilə