Bazar, 09 Fevral 2020 19:59

Əfqanıstan gəncləri və şəhid general Soleymaninin amalları

Əfqanıstan gəncləri və şəhid general Soleymaninin amalları

Hac Qasem Soleymaninin Əfqanıstanın müqavimət meydanında bu ölkənin cihadçıları ilə yanaşı olması bir cəhətdir ki, bu ölkədə daima bu şəhidin xatirəsinin anılmasına təkid olunur.

Əfqanıstandakı bu təsvirlər general Hac Qasem Soleymaninin şəhadətindən sonra bu günədək yayılmaqdadır.

Bu təsvirlərdə görünür ki, Hac Qasem Soleymani Əfqanıstanda müstəmləkəçilərə qarşı vuruşan bu ölkənin cihadçılarının kənarında dayanıb. Hazırda bu cihadçıların bəziləri ya həyatda yoxdurlar, ya da ki, yaşlanıblar. Amma Hac Qasem Soleymani təkcə Əfqanıstanın sabiq cihadçıları ilə yanaşı deyildi. Bu gün onun hədəf və amalları yeniyetmələr və gənclərin ürəklərində yer alıbdır.

Gənc: Hac Qasem Soleymanini bir mifə çevirən məsələ bu idi ki, o, istibdada qarşı çıxan əsl bir mübariz idi.

Gənc: Hac Qasem Soleymani daima terrorizmə, həmçinin insana və insanlığa əsla rəhm etməyən İŞİD-ə qarşı vuruşdu.

Gənc: Hac Qasem Soleymaninin amalları Qərbin müstəmləkəsinə son qoymaq və xalqların azadlığı idi.

Gənc: Əfqanıstan xalqı bu cür şəxsiyyətləri sevir və Hac Qasem Soleymaninin yolunu davam etdirəcək.

Gənc Əfqanıstan Təşkilatı və Əfqanıstan Ədalət və İnkişaf Partiyası mübarək Fəcr ongünlüyü ilə bir zamanda şəhid Hac Qasem Soleymanini yad edir və onu ölkələrin müstəmləkəçilikdən xilas olmaları üçün bir meyar bilirlər.

Kişi: Doğrudan da o, İslam Dünyasının fəxridir. Dünya ədalətsevərlərinin fəxridir.

Şərh yaz


Məxfi kod
Yenilə