Bazar ertəsi, 03 Fevral 2020 18:50

Pakistanda "əsrin sövdələşməsi"-nə reaksiyalar

Pakistanda "əsrin sövdələşməsi"-nə reaksiyalar

Pakistan mətbuatı və mediyaları müxtəlif reportajlar və təhlillərlə əsrin sövdələşməsi planını vəhşilik adlandırıblar.

Pakistanda rüsvayçı əsrin sövdələşməsi planına geniş reaksiyalar davam edir. Pakistan mediyaları Amerika prezidentinin əsrin sövdələşməsi planını vəhşilik adlandırıblar. 

Pakistanda çıxan Neyşn və Conq qəzetləri baş məqalələrində yazıblar ki, əsrin sövdələşməsi sionistlərin mənafeləri istiqamətində atılan növbəti addımdır və sionistlərin işğal olunmuş Fələstin torpaqlarına qeyri qanuni nəzarətini təsbit etmək məqsədi güdür. 

Pakistanın müsəlman xalqı da bu rüsvayçı planın elan edilməsindən sonra bəzi şəhərlərdə küçələrə axışaraq sionist rejimə və bu plana qarşı öz nifrətlərini nümayiş etdiriblər.

MM. Amerikanın bu hərəkəti yeni hərəkət deyil və Amerika həmişə anti-islam siyasətə malikdir. 

Pakistanın partiyalar və dini qrupları da xalq ilə birlikdə bu böyük məkirli planın bütün islam dünyasının vəhdət və bütövlüyü nəticəsində məğlubiyyətə uğrayacağını vurğulayıblar. 

MM- Əsrin sövdələşməsi dünya müsəlmanlarına qarşı böyük xəyanətdir və saxta İsrail rejiminin rəsmən tanınması istiqamətində Amerika tərəfindən planlaşdırılıb. 

Bu arada Pakistanın Xarici İşlər Nazirliyi də bu plana reaksiya verərək bildirib: Pakistan Beytül-Müqəddəs paytaxtı olmaqla müstəqil Fələstin ölkəsinin yaradılmasını dəstəkləmək mövqeyində qalır. 

Pakistan xalqı və dövləti həmişə fələstin xalqına dəstək verib və Fələstin torpaqlarının sionist rejimin işğalından azad edilməsini istəyir, Amerikanın bu sahədəki müdaxilələrini isə islam dünyasına qarşı məkirli plan hesab edir. 

PAKİSTANDA ƏSRİN SÖVDƏLƏŞMƏSİ PİSLƏNİLİR

Şərh yaz


Məxfi kod
Yenilə