Çərşənbə axşamı, 28 Yanvar 2020 12:01

Əfanıstanda iki hava qəzası haqda təzadlı xəbərlər

    Əfanıstanda iki hava qəzası haqda təzadlı xəbərlər

Medialar Əfqanıstanda bir hərbi vertolyot və bir hərbi təyyarənin vurulmasından sonra təzadlı xəbərlər yayıblar.

Öncə dünən günortadan qabaq əfqan mənbələr Əfqanıstanın Qəzney vilayətində bu ölkənin “Aryana” şirkətinə məxsus bir sərnişin təyyarəsinin səksəndən çox sərnişinlə qəzaya uğramasından xəbər verdilər.

Bu xəbərin yayılmasından bir müddət sonra “Aryana” şirkəti həmin xəbəri təkzib etdi və bildirdi ki, qəzaya uğrayan təyyarə bu şirkətin olmayıbdır.

Daha sonra Taliban qrupu Qəzney vilayətində onlarla amerikalı hərbçini daşıyan bir ədəd təyyarənin vurulmasının məsuliyyətini üzərinə götürdü.

Taliban qrupunun sözçüsü Zəbiullah Mucahid bir açıqlamada bildirdi ki, bu qrup bazar ertəsi günü Qəzney vilayətində amerikalı işğalçıların bir ədəd təyyarəsini vurub və nəticədə onlarla yüksək rütbəli amerikalı hərbçi və kəşfiyyat qüvvəsi ölübdür.

Taliban başçılarının fikir bildirmələrindən sonra Əfqanıstan Hava Xidmətlərini Tənzimləmə Ofisinin başçısı Qolam Mohəmməd Məsumi təsdiq edib ki, Qəzney vilayətində vurulmuş təyyarə xarici hərbçilərə aid olubdur.

Qəzney vilayətindəki yerli mənbələr də bu təyyarənin qalıqları arasından təqribən yüz cəsədin çıxarılmasından xəbər veriblər.

Belə bir halda, Amerikanın CBS telekanalı saytının məlumatına görə, ABŞ ordusunun bir rəsmisi təsdiq edibdir ki, Amerika aviasiya qoşunlarına aid olan bir ədəd təyyarə Əfqanıstanın Qəzney vilayətində qəzaya uğrayıb. Bu amerikalı hərbi rəsmi bildirib ki, həmin hadisənin səbəbi, araşdırılmaqda davam edir.

ABŞ ordusunun bu hərbi təyyarəsinin vurulmasının ardınca Taliban qrupunun sözçüsü Zəbiullah Mucahid başqa bir müraciətdə bildirdi ki, muzdur qüvvələrə aid olan bir vertolyot Əfqanıstanın Pəktika vilayətinin Şərnə rayonunun yaxınlığında vurulub və onun bütün ekipaj üzvləri ölüblər. Taliban qrupu hadisənin məsuliyyətini üzərinə götürsə də bu hərbi vertolyotun hansı ölkəyə aid olmasına işarə etmədi.

Bu olaylardan sonra əfqan mənbələr də Amerika ilə Taliban qrupu arasında Qətərin Doha şəhərində keçirilən müzakirələrin dayandırılmasından xəbər verdilər.

Şərh yaz


Məxfi kod
Yenilə