Bazar ertəsi, 27 Yanvar 2020 21:48

Qəzaya uğramış təyyarədə MKİ-nin çoxlu sayda zabiti ölüb

    Qəzaya uğramış təyyarədə MKİ-nin çoxlu sayda zabiti ölüb

Taliban-ın sözçüsü bildirib ki, ABŞ-ın Əfqanıstanda qəzaya uğramış təyyarəsində Amerikanın casusluq təşkilatının çoxlu sayda zabiti olub.

Zəbiullah Mucahid amerikalı terrorçuların Qəzney vilayətində qəzaya uğramasına işarə edərək, bildirib ki, amerikalı qəsbkarların bir ədəd təyyarəsi Qəzney vilayətində qəzaya uğrayıb və Amerikanın casusluq təşkilatının çoxlu sayda zabiti ölübdür. Bəzi mənbələr yüz amerikalı hərbçinin ölməsindən xəbər veriblər.

O, qeyd edib ki, bu gün axşamçağı Qəzney vilayətinin “Dəh Yek” rayonunun “Səduxil” bölgəsində kəşfiyyat tapşırığı yerinə yetirən bir ədəd amerikan təyyarə qəzaya uğrayıb.

Taliban-ın açıqlamasına əsasən, bu təyyarə həmin qrup tərəfindən vurulubdur.

Mücahid deyib: Bu təyyarənin bütün sərnişinləri, o sıradan MKİ-nin mühüm zabitləri öldürülüblər.

Taliban-ın sözçüsü həmçinin deyib ki, Taliban digər vilayətlərdə, o cümlədən Hilmənd və Bələhdə, həmçinin Əfqanıstanın digər bölgələrində də əfqan və amerikan qüvvələrin təyyarə və vertolyotlarından bir neçəsini vurub, yerə salıbdır.

Əfqanıstanda bir amerikan vertolyotun süqut etməsi ilə Taliban Amerikaya ikinci zərbəni vurmuş oldu. Bəzi məlumatlara görə, bu vertolyot Əfqanıstanın Pəktika vilayətində vurulubdur.

Şərh yaz


Məxfi kod
Yenilə