Bazar ertəsi, 27 Yanvar 2020 20:40

“Taliban” təyyarənin vurulmasına görə məsuliyyəti üzərinə götürüb

    “Taliban” təyyarənin vurulmasına görə məsuliyyəti üzərinə götürüb

Əfqanıstanda ABŞ-a məxsus olduğu bildirilən təyyarənin vurulmasına görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.

Bu barədə “Ariana News” telekanalı məlumat yayıb.

Bu gün səhər Qəzni vilayətinin mərkəzisində, “Taliban” qüvvələrinin nəzarət etdiyi ərazidə təyyarə qəzası baş verib. 1TVNews telekanalının məlumatına görə, bu, hərbi təyyarə olub və koalisiya qüvvələri tərəfindən istifadə olunub. Bundan əvvəl, hadisə şahidlərinin məlumatına görə, yerli sakinlər əcnəbi pilotun meyitini tapıblar. Təyyarədə 15 nəfərin olduğu bildirilir.

Şərh yaz


Məxfi kod
Yenilə