Cümə axşamı, 16 Yanvar 2020 22:41

Əfqanıstanda səslər yenidən sayılır

Əfqanıstanda səslər yenidən sayılır

Əfqanıstan seçki şikayətləri komissiyası elə bir halda bəzi seçki məntəqələrindəki səslərin yenidən sayılması qərarına gəlibdir ki, sentyabrın 28-də keçirilən prezident seçkilərində yığılmış səslərin ümumi sayı iki milyondan az olubdur.

Əfqanıstan prezident seçkilərinin keçirilməsindən dörd aya yaxın bir zaman keçir, lakin hələ onun nəticələrindən bir xəbər yoxdur. Ən yeni bir addımda Əfqanıstan seçki şikayətləri komissiyası beş mindən çox seçki məntəqəsində səslərin yenidən sayılması qərarına gəlib.

Belə bir halda, Əfqanıstan seçki komissiyası da seçkilərin keçirilməsi üzrə bir icraçı kimi səslərin sayılışı ilə bir zamanda təqribən 8500 seçki məntəqəsində səsləri yenidən saymışdı.

M.K- Seçkilərin yekun nəticəsi elan etdiyimiz seçki məntəqələrində səslərin yenidən sayılmasından sonra məlum olacaq ki, hələ onun vaxtı bəlli deyildir.

Etirazçı namizədlər seçkilərin yekun nəticəsinin elan olunmasından sonra seçki şikayətləri komissiyasında təqribən on altı min şikayəti qeydə aldırıblar. Bu komissiya bildiribdir ki, şikayətlərə baxılması mərhələrində qanunu pozmuş çoxlu sayda işçini cərimə və ya ixrac, yaxud da məhkəmə orqanlarına təqdim edibdir.

M.Q- İndiyədək şikayətlərə baxılması nəticəsində seçki komissiyası işçilərindən 75 nəfərini nağd cərimə etdik və komissiyanın 71 işçisini də kənarlaşdırdıq. Həmçinin 5300 seçki məntəqəsində yeni sayılışdan əlavə, 109 seçki məntəqəsinin səsləri də ləğv edilibdir.

Əfqanıstan prezident seçkilərinin ilkin nəticələrinə əsasən, Muhəmməd Əlşəfqəni səslərin təqribən 51 faizi ilə seçkilərin qalibi oldu. Abdullah Abdullah da təqribən qırx faiz səslə ikinci yerdə durubdur.

Abdullah Abdullah və prezident seçkiləri namizədlərinin bir qrupu bu nəticənin saxtakarlıqla dolu olduğunu bildirərək, onu qəbul etməyiblər.

Şərh yaz


Məxfi kod
Yenilə