Bazar ertəsi, 30 Dekabr 2019 12:36

“Bütün bombaların anası”nın atılmasının Əfqanıstana vurduğu ziyanlar

    “Bütün bombaların anası”nın atılmasının Əfqanıstana vurduğu ziyanlar

Amerikanın ən böyük qeyri-atom bombasının Əfqanıstanın şərqindəki Nəngərhar vilayətinə atılması bu bölgənin əhalisi üçün böyük xəsarətlər törədib.

Amerikalı hərbçilər 2017-ci ildə özlərinin ən böyük qeyri-atom bombalarını Əfqanıstanın Açin rayonunun “Əsəd Xil” kəndinə atdılar ki, həmin atışdan iki il yarımın keçdiyi hazırkı dövrdə bu rayonda müxtəlif xəstəliklər törənibdir.

Açin rayonunun əhalisi deyir: “Bütün bombaların anası”nın atılmasından sonra əhali arasında müxtəlif dəri xəstəlikləri, psixoloji xəstəliklər və hətta xərçəng xəstəliyi yayılıb.

Nəngərhar əhalisinin Əfqanıstan parlamentindəki nümayəndəsi Əbdurrəuf Şəpun parlamentin açıq iclasında deyib ki, Açin rayonunun suları zəhərli maddələrlə çirklənibdir. Bu rayondakı əkin sahələri daha məhsul vermir. Əfqanıstan parlamenti Amerikanın “Bütün bombaların anası”nın atılmasından zərər çəkən ailələrə kompensasiyanın ödənilməsini və bu bombanın nəticələri barədə daha artıq araşdırmanın aparılmasını istəyib.

“Bütün bombaların anası” bombalardan yalnız biridir ki, Əfqanıstanın Nəngərhar vilayətinin əhalisi və nümayəndələri onun zərərləri barədə araşdırmanın aparılmasını istəyiblər, halbuki ABŞ hərbçiləri hər gün Əfqanısatanın müxtəlif bölgələrinə orta hesabla otuz bomba atırlar.

Şərh yaz


Məxfi kod
Yenilə