Cümə axşamı, 26 Dekabr 2019 17:13

Əfqanıstan prezident seçkiləri əcnəbilərin sövdələşmələri əsasındadır

Əfqanıstan prezident seçkiləri əcnəbilərin sövdələşmələri əsasındadır

Əfqanıstanın sabiq prezidenti deyib ki, bu ölkənin prezident seçkiləri əfqanların nəzarətində deyil və xaricilərin sövdələşmələri onun nəticəsini təyin edir.

Hamed Kərzay bu gün bir çıxışda deyib ki, Əfqanıstan seçkiləri son üç dövrdə bu ölkə xalqının nəzarətində olmayıb və Amerikanın və digər ölkələrin onda əlləri olubdur.

Əfqanıstanın sabiq prezidenti bu ölkənin prezident seçkilərinin ilkin nəticələri haqda fikir bildirmədən söyləyib: Seçkilər o zaman əfqanların ixtiyarında olacaqdır ki, seçkiyə nəzarət və seçki vasitələri əfqanların özlərindən olmuş və ölkədə də sülh bərqərar edilmiş olsun.

Əfqanıstan müstəqil seçki komissiyası bazar günü bu ölkənin prezident seçkilərinin ilkin nəticələrini üç ay təxirdən sonra elan etdi ki, ona əsasən, hazırkı prezident Muhəmməd Əşrəf Qəninin rəhbərlik etdiyi “Dövlətsaz” seçki qrupu səs əksəriyyəti qazanıbdır.

Əfqanıstan prezident seçkilərinə namizədlərin, həmçinin parlament üzvlərinin bir qrupu elan olunmuş nəticələri saxtakarlıqdan irəli gələn nəticələr adlandırıbdır.

Şərh yaz


Məxfi kod
Yenilə