Çərşənbə axşamı, 24 Dekabr 2019 16:05

Əfqanıstandakı son seçkilərin nəticələrində qanuni boşluq olduğu deyilir

Əfqanıstandakı son seçkilərin nəticələrində qanuni boşluq olduğu deyilir

Əfqanıstanda müstəqil seçki komissiyasının üzvü bu ölkədə son prezident seçkilərinin ilkin nəticələrinin elan edilməsində nöqsanlar və qanun pozuntularının olduğunu deyib.

AVA xəbər agentliyinin verdiyi məlumata görə, Əfqanıstanın müstəqil seçki komissiyasının üzvü Mövlana Məhəmməd Abdulla bir məktubda bildirib ki, yüzlərlə qeyri-qanuni səsin, yenidən yoxlanılmamış səslərin hesablanması və səs qutularının itməsi, seçkilərin nəticələrinin elan edilməsində yol verilən qanun pozuntuları hesab olunur. 

Müstəqil seçki komissiyası bazar günü 3 ay təxirdən sonra nəhayət seçkilərin ilkin nəticələrini elan etdi və nəticələrə görə, Əşrəf Qəninin başçılıq etdiyi "Dövlətçilik" seçki qrupu səslərin 50.64 faizini qazanaraq birinci, Abdulla Abdulla isə 40 faiz səslə ikinci yerdə durublar. 

Abdulla Abdulla, Gülbəddin Hikmətyar, Rəhmətullah Nəbil, Lətif Pedram və bir neçə digər namizəd, eləcə də parlament üzvləri elan edilmiş nəticələrin saxtakarlıqla dolu olduğunu bildirib və qəbul edilməz olduğunu qeyd ediblər. Onlar seçkilərin ikinci tura keçməsini istəyiblər. 

Şərh yaz


Məxfi kod
Yenilə