Çərşənbə axşamı, 11 Dekabr 2018 15:06

Kabilin qərbində partlayış

Kabilin qərbində partlayış

Bu gün səhər Əfqanıstanın paytaxtı Kabil şəhərinin qərbində yerləşən "Qəle Heydər" məntəqəsində partlayış baş verib.

İRİB-nin Kabildən verdiyi məlumata görə, bu partlayış yerli vaxtla səhər saat 9 radələrində Kabilin qərbində, polis postunun yaxınlığında baş verib. 

Hələ ki, partlayışın ehtimal edilən insan tələfatı haqda məlumat verilməyib. 

Bəzi məlumatlara görə, partlayışda məqsəd Milli Təhlükəsizlik İdarəsinin əməkdaşlarını hədəfə almaq olub. 

Əfqanıstanın təhlükəsizlik rəsmiləri hələ ki, hadisə ilə bağlı açıqlama verməyiblər. 

Şərh yaz


Məxfi kod
Yenilə