Bazar, 14 Avqust 2011 09:06

Abgül Süleymanov və Ramin Bayramovun məhkəməsi keçirilib

Abgül Süleymanov və Ramin Bayramovun məhkəməsi keçirilib

Aran Radio-Hakim Elnur Həsənovun sədrliyi ilə Səbail rayon məhkəməsində avqustun 11-də MTN məmurları tərəfindən saxlanılan ruhani Abgül Süleymanovun, jurnalist Ramin Bayramovun və Azərbaycan İslam Partiyasının (AİP) funksioneri Arif Qəniyevin işinə baxılıb.

Bu barədə SalamNews-a Abgül Süleymanov və Arif Qəniyevin vəkili Anar Qasımov məlumat verib.

Onun sözlərinə görə, məhkəmə hər iki şəxs barəsində 2 ay müddətinə azadlıqdan məhrum etməklə həbs qətimkan tədbiri seçib. Vəkil deyib ki, yaxın günlərdə Abgül Süleymanova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 maddəsinin irəli sürülməsi gözlənilir.

Anar Qasımov bildirib ki, bu cinayət işi üzrə istintaqçılar tərəfindən vəkillərə mütamadi olaraq təzyiqlər göstərilir: "Vəkillər etiraz etdikdə, vəsatət qaldırdıqda onları kollegiyadan çıxarılacaqları ilə hədəliyirlər. Belə olan halda, vəkillər bilmirlər, özlərini müdafiə etsinlər, yoxsa təqsirləndirilən şəxsləri".

Şərh yaz


Məxfi kod
Yenilə