Bazar, 14 Avqust 2011 09:02

Qaçqınlar aksiya keçirib

Qaçqınlar aksiya keçirib

Aran Radio-Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 236-da yaşayan 50-yə yaxın məcburi köçkün dünən Yeni Azərbaycan Partiyasının (YAP) binası qarşısında etiraz aksiyası keçirdi.

Onlar evlərindən qanunsuz olaraq çıxarılmasından narazı idi. Əllərində plakat və şəkillər tutan qaçqınlar YAP icra katibi, deputat Əli Əhmədovla görüş istəyir, normal yaşayışlı mənzil tələb edirdi: "Koçkün olaraq Xırdalanda məskunlaşmışıq. Həmin ərazidən icra strukturları tərəfindən çıxarılmağımıza cəhd edilməsi ilə bağlı aksiya keçiririk. Ərazinin bir hissəsi yaxın günlərdə Cavadov İlham Abbas oğlu adlı bir şəxsin adına özəlləşdirilib. Bu şəxs iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Məhkəmə də iddianı təmin edib. Bizi isə həmin ərazidən çıxarırlar. Biz mübahisəli ərazidə 1993-cü ildən yaşayırıq. Burada 16 ailə, 70-ə yaxın insan var. Köçkünlərin bəziləri Zəngilandan, bəziləri də Füzulidəndir. Biz heç də həmin ərazini zəbt etməmişik. İlham Cavadovun mülkiyyəti kimi təqdim olunan ərazi sonradan özəlləşdirilib. Biz ərazini tərk edə bilərik. Ancaq bizə normal ev versinlər. Həmçinin yaxınlıqda məktəb və xəstəxana olsun. Çünki biz köçkünük. O ərazidə yerləşərkən aidiyyəti qurumlarla razılaşmışdıq. Bizi ikinci dəfə köçkün düşməyə qoymayın, hüquqlarımızı bərpa edin".

Şərh yaz


Məxfi kod
Yenilə